Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vladimir Zelenski "exit poll"un nəticələrini şərh edib

Ukraynada prezident seçkilərində namizəd Vladimir Zelenski milli "exit poll"un nəticələrinin elan edilməsindən sonra seçicilərinə təşəkkür edib.

"Report" xəbər verir ki, o, tərəfdarlarına dəstəyə görə minnətdarlığını bildirib.

"Biz bunu birlikdə etdik. İndi heç bir pafos olmayacaq, mən sadəcə təşəkkür demək istəyirəm. Dəstək üçün öz valideynlərimə, güc və dözüm üçün xanımıma təşəkkür edirəm. Təşəkkürlər bütün bizim komandamıza, bütün qərargaha, hər kəsə, ekspertlərə, hüquqşünaslara, könüllülərə, müşahidəçilərə..! Hamıya təşəkkür", - deyə o, öz qərargahında çıxış edərkən bildirib.

Zelenski həmçinin "Kvartal 95"-ə, eləcə də hüquq-mühafizə orqanlarına təşəkkür edib.

Qeyd edək ki, bu gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Seçkilərdə hazırkı prezident Petro Poroşenko və Vladimir Zelenski iştirak ediblər. Seçkilərdə keçirilmiş milli "exit poll"un nəticələrinə görə, Vladimir Zelenski ikinci turda qalib olub.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »