Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni sosial şəbəkələri Qarabağda həlak olmuş əsgərlər haqda dəhşətli məlumatlar verdi
Erməni sosial şəbəkələri Qarabağda həlak olmuş əsgərlər haqda dəhşətli məlumatlar verdi
Ermənistanın sosial şəbəkə istifadəçiləri son üç gün ərzində Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən düşmən qoşunlarında baş verən hadisələrlə bağlı şok paylaşımlar ediblər.

Virtualaz.org məlumat verir ki, iyunun 6-da Tonaşen dağ-atıcı alayının Qriqoryan soyadlı əsgəri ona qarşı edilən qeyri-insani davranışlardan bezərək odlu silahla özünə xəsarət yetirib. Hazırda hospitalda həkimlərin nəzarəti altında saxlanılan, ağır vəziyyətdə olan əsgərlə valideynlərinin görüşməsinə icazə verilmir.

İyunun 7-də Hadrutda yerləşən alayda baş verən qanlı insident nəticəsində 2 hərbi qulluqçunun ölməsi barədə də sosial şəbəkələrdə məlumatlar yayılıb. Belə ki, Ermənistandan hərbi xidmətə çağırılaraq Qarabağa göndərilən əsgər komandiri tərəfindən təhqirlərə məruz qalıb. Fiziki təzyiqlərə dözməyən əsgər əvvəl odlu silahla zabiti qətlə yetirib, sonra isə özünü də güllələyib. Hadisədən dərhal sonra Xankəndindən hərbi hissəyə gələn istintaq komissiyası tərəfindən faktla bağlı araşdırma başlayıb.

Sosial şəbəkələrdə yayılan digər xəbərlərdə isə iyunun 8-də işğal altında olan Cəbrayıl ərazisində yerləşən hərbi hissələrdən birində əsgərlər Tiqran Qalustyanla İşxan Melkumyan arasında məişət zəminində münaqişə baş verdiyi bildirilir. İ.Melkumyan sərəncamında olan avtomatla T.Qalustyanı yaralayaraq silahla hərbi hissəni tərk edib. Tiqran Qalustyanın orta-ağır vəziyyətdə Cəbrayıldakı hərbi hospitala yerləşdirildiyi, digər əsgər İ.Melkumyanın isə axtarışlarının davam etdirildiyi bildirilir.

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »