Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avstraliyada Poroşenko qalibdir - Bu saata olan “exit-poll”

Ukraynanın prezident seçkiləri ilə bağlı xarici ölkələrdəki 101 seçki məntəqəsinin 11-də səsvermə bitib.

“Qafqazinfo” xəbər verir ki, səsvermə Ukraynanın Avstraliya, Cənubi Koreya, Yaponiya, Çin, Monqolustan, Malayziya, Sinqapur, Şanxay, Vyetnam, Tailand, Qazaxıstan və Qırğızıstandakı səfirliklərində yekunlaşıb.

Avstraliyadakı seçki məntəqəsində səslər artıq hesablanıb. Seçkidə iştirak edən 99 seçicidən 72-si Petro Poroşenkonun, 26 nəfər isə Vladimir Zelenskinin lehinə səs verib. Bir nəfərin səsi isə etibarsız sayılıb.

Seçkilərlə bağlı ikinci ekzit-polun nəticələri də açıqlanıb. Ölkənin qərbində seçicilərin 56%-i Zelenskiyə, 44%-i isə Poroşenkoya səs verib.

Mərkəzi bölgələrdə 72% Zelenskiyə, 27% Poroşenkoya səs verib.

Ukraynanın cənubunda Zelenski 73%, Poroşenko 27% səs toplayıb.

Ölkənin şərqində isə 89% seçici Zelenskiyə, 11% seçici Poroşenkoya səs verib.

Hazırda seçici fəallığı 49,3%-dir.

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Deputat ailəsi vətəndaşların əmlaklarını əllərindən necə alır: ağlasığmaz üsullar
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
Son xəbərlər
Bütün xəbərlər »