Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evlənmək istədiyi kişiyə 159 min mesaj göndərdi: "Sənin böyrəyindən suşi hazırlayacam"

Ceklayn Ades adlı 32 yaşlı amerikalı qadın 2017-ci ildə yalnız varlı kişilərin istifadə edə bildiyi bir tanışlıq proqramından istifadə etməyə başlayıb.

Publika.az xəbər verir ki, burada varlı və evli bir kişi ilə tanış olan qadın daha sonra onun kabusuna çevrilib.

Ades həmin kişiyə 10 ayda 159 min ədəd mesaj yazıb. Bu mesajların içində “sənin böyrəyindən suşi hazırlayacam” kimi təhdidlər də olub. Bununla kifayətlənməyən qadın həmin kişinin evinə zorla daxil olub. Həmin vaxtda ölkə xaricində olan kişi Adesin evinə zorla girdiyi haqqında polisə müraciət edib. Polis qadını evin hamamından tapıb. Hadisə ilə bağlı məhkəmə işi açılıb, amma qadın məhkəməyə getməyib.

İndi isə Ades 10 aydır ki, əl çəkmədiyi həmin kişini məhkəməyə verməyə hazırlaşır. 32 yaşlı qadın ümid edir ki, məhkəmə varlı kişini onunla evlənmək məcburiyyətində qoyacaq.

Tibbi ekspertizada qadının psixoloji xəstəliyinin olduğu aşkarlanıb.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »