Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda xüsusi təyinatlılarla çeçenlər arasında toqquşma - Video

Gürcüstanda xüsusi təyinatlılarla Pankisi dərəsinin çeçen əhalisi arasında toqquşmalar olub.

Bu barədə “İnterfaks”ın yaydığı məlumatda deyilir.

Bildirilir ki, toqquşmalara səbəb yerli əhalinin Alazan çayında su elektrik stansiyasının tikintisinə etiraz etmək məqsədi ilə keçirdiyi aksiya olub. Əraziyə əlavə olaraq xüsusi təyinatlı qüvvələrin yeridilməsi vəziyyəti daha da gərginləşdirib.

Bu gün səhər etirazçılar xüsusi təyinatlılara daş atmağa başlayıblar. Buna cavab olaraq onlara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə olunub. Həm aksiya iştirakçıları, həm də polis əməkdaşları arasında yaralananlar var.

Qeyd olunur ki, yerli çeçenlər “Molotov kokteyli” ilə dolu şüşələri atmaqla, DİN-in zirehli avtomobillərini və tikinti texnikasını yandırıblar. Xüsusi təyinatlıların hələlik geri çəkildiyi, etirazçıların isə daş yığdığı bildirilir. (Oxu.az)

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək
Son xəbərlər
Bütün xəbərlər »