Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lənkəranda piyadanı maşın vurub, sürücü qaçıb

Səhər saatlarında Lənkəran şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, Şəhidlər xiyabanı küçəsində yolu keçmək istəyən 57 yaşlı Rzayeva Gəncəbanı Mədət qızını maşın vuraraq, hadisə yerindən uzaqlaşıb.

Ağır bədən xəsarətləri alan şəhər sakini Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sol bazu sümüyünün, sol və sağ qamış sümüklərinin yerdəyişən qəlpəli sınığı və sol çanaq oturaq sümüklərinin sınığı diaqnozu qoyulub. Vəziyyəti ağır olan qadın dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən sürücünün tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »