Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mafiya prezidenti təhdid etdi: "Əməliyyatı dayandır"

Meksika mafiyası Prezident Andres Manuel Lopes Obradoru təhdid edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Noticaribe” portalı yayıb. Belə ki, mafiya prezidentə ismarıcını Quanaxuato ştatındakı Selaya şəhərindəki körpüdə xüsusi plakat yerləşdirməklə göndərib.

Körpüdə asılan plakatlarda prezidentdən Quanaxuato ştatındakı xüsusi əməliyyatları dayandırması tələb edilib, əks təqdirdə onu böyük problemlərin gözləyəcəyi bildirilib.

Qeyd edək ki, narkokartel bu mesajını özünün liderlərindən birinin federal qüvvələr tərəfindən öldürülməsindən sonra paylaşıb.

Quanaxuato ştatı son bir il ərzində əsas mübarizə meydanlarından birinə çevrilib. Belə ki, təkcə may ayından iyula qədər olan dövrdə ştat ərazisində öldürülənlərin sayı 100-dən çox olub. Bu itkilər ştatın bir neçə narkokartelin savaş meydanına çevrəlməsi ucbatından verilib.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
Son xəbərlər
Bütün xəbərlər »