Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir

Bu il martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşündə əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov bəzi təkliflərlə çıxış ediblər. B.Bağırzadə ölkə rəhbərindən Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılmasını xahiş edib. T.İmanov isə babası Süleyman Ələsgərovun adının əbədiləşdirilməsi üçün onun adına küçə verilməsini istəyib.

Ölkə başçısı hər iki təkliflə bağlı Bakı Şəhərİcra Hakimiyyətinə müvafiq göstərişlər verib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Meriya hər iki təkliflə bağlı Bakının müxtəlif yerlərinə baxış keçirib və müvafiq küçələr seçib. Lakin Meriyanın təklif etdiyi yerlər nə Bəhram Bağırzadə, nə də Tahir İmanov tərəfindən bəyənilib.

Mənbə qeyd edir ki, hər iki əməkdar artist özlərinin təklif etdiyi yerlərə baxış keçirilmərisini israr edir.

Qeyd edək ki, B.Bağırzadə heykəlin “Kukla” teatrı ilə üzbəüz ərazidə ucladılmasını istəyir. Həmin yer isə müxtəlif illərdə Məhəmməd Əmin Rəsulzadənin heykəlinin ucaldılması üçün müzakirə predmeti olub.

T.İmanov isə şəhərin mərkəzi küçələrindən birinə babasının adının verilməsində israrlıdır...

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »