Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Makedoniyada da prezident seçkiləri keçirilir

Şimali Makedoniya Respublikasında prezident seçkiləri keçirilir.

Seçki yerli vaxtla 07:00-da başlayıb və 19:00-a qədər davam edəcək.

Ümumilikdə 1 milyon 808 min 131 səsvermə hüququ olan seçici üçün ölkə daxilində 3480, xaricdə isə 80 məntəqədə sandıqlar qoyulub.

Yekun nəticələr aprelin 22-si açıqlanacaq.

Prezidentliyə namizədlər bunlardır:

Makedoniya Sosial Demokratlar Birliyi (SDSM) rəhbərliyindəki hökumət koalisiyasından Stevo Pendarovski,

Daxili Makedon İnqilabçı Təşkilatı (VMRO) - Makedoniya Milli Demokratik Birliyi (DPMNE) ittifaqının namizədi Qordana Silyanovska Davkova,

Albanlar Üçün İttifaq və BESA Hərəkatı ittifaqının alban əsilli namizədi Blerim Reka.

Namizədlərdən hər hansı biri səslərin 50 faizindən çoxunu toplaya bilməsə, ən çox səs toplayan 2 namizəd 5 mayda keçiriləcək 2-ci turda mübarizə aparacaq.

Qeyd edək ki, bu, keçmiş adı ilə Makedoniya olaraq 8 sentyabr 1991-ci ildə Yuqoslaviyadan ayrıldıqdan sonra ölkədə 6-cı, Şimali Makedoniya olaraq isə prezident seçkisidir. (Qafqazinfo.az)

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »