Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada ilk dəfə qocaların sayı uşaqların sayından çox oldu - Qorxunc statistika

BMT-nin məlumatlarına görə 2018-ci ilin sonunda yaşı 65-i ötmüş insanların sayı 5 yaşından az olanların sayını keçib.

Məlumatda qeyd olunur ki, bəşəriyyətin tarixində ilk dəfədir ki, dünyada qocaların sayı uşaqların sayından çox olub.

Hazırda dünyada təxminən 705 milyon insanın yaşı 65-dən yuxarıdır və 5 yaşından aşağı olanların sayı, təxminən 680 milyon nəfərdir.

Mövcud tendensiyalar göstərir ki, 2050-ci ilə qədər bu fərq daha da artacaq – hər beş yaşdan kiçik uşağa, iki 65 yaşdan yuxarı olan insan düşəcək.

Demoqrafçılar bu tendensiyanı uzun müddətdir ki, aşkar ediblər və izləyirlər: bir çox ölkələrdə insanlar daha uzun yaşayır və daha az uşaqlar var.

Aşağıda bəzi ölkələrdə yaşı 65-dən yuxarı olanların sayının ümumi əhalinin neçə faiz təşkil etdiyini əks etdirən cədvəli təqdim edirik:

Yaponiya 27%

İtaliya 23%

Avropa Birliyi 19,7%

ABŞ 15,4%

Rusiya 14,1%

Çin 10,6%

Braziliya 8,5%

Türkiyə 8,15%

Hindistan 5,9%

İran 5,4%

Yaxın Şərq / Şimali Afrika/ 4,9%

Azərbaycanda 5 yaşlı uşaqların sayı yaşı 65-dən yuxarı olanlardan bir qədər çoxdur. Təəssüflə qeyd etmək lazımdır ki, uşaq ölümünün faizi də ölkəmizdə yüksək faizlərlə hesablanır. (Moderator.az)

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
Son xəbərlər
Bütün xəbərlər »