Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının mərkəzi küçələrində işıqforlar xarab oldu, təhlükəli durum yarandı - Video

Bakının mərkəzi küçələrində işıqforlar işləmir.

Hadisə şahidlərinin “Report”a verdiyi məlumata görə, işıqforlardakı nasazlıq səbəbindən iki küçədə qəza şəraiti yaranıb.

Belə ki, Xətai rayonu, Yusif Səfərov küçəsində işıqforun fəaliyyətindəki nasazlıqlar nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradıb. İşıqforun qırmızı işığının düzgün işləməməsi sürücüləri çaşdırıb.

Bu problem, piyada zolağından istifadə edən sakinlərin həyatı üçün də təhlükəli vəziyyət yaradıb.

Digər analoji hadisə isə Nəsimi rayonunun 28 May küçəsində yaşanıb. Belə ki, işıqforun işləməməsi səbəbindən yolu keçmək istəyən piyadalar təhlükə ilə üzləşiblər. Bu da sürücü və piyadalar arasında çaşqınlıq yaradıb.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Nəhəng raket nəzarətdən çıxdı: Hansı şəhərlərə düşə bilər
››› Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...
Son xəbərlər
Bütün xəbərlər »