Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikalılar Rusiya haqda maraqlı faktlar açıqladılar

ABŞ-da Rusiya iqtisadiyyatı haqda yüksək fikirdə deyillər. Ümumi fikir belədir ki, bizim qonşu ölkə iqtisadiyyatının dayaqları çürükdür.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın “Business Insider” maliyyə portalı şok saydığı faktları yazıb. Yazıda SSRİ qüdrətli ölkə kimi xarakterizə olunsa da, Rusiya iqtisadiyyatının o dövlətin varis rolunu pis oynadığı qeyd edilib.

“Business Insider” üçün ilk şok fakt odur ki, Rusiyada hər gün 700 nəfər dünyasını dəyişir. Beləcə, bu ölkə hər il 250 min adam itirir. Murmanskın SSRİ dağılandan sonra əhalisinin 30 faizinin yox olması xüsusi qeyd edilib.

Rusiyanın 460 milyard dollar valyuta ehtiyatı olması amerikalıların bu dövlət haqda yüksək fikir söyləməsinə əsas verib. Hesab edirlər ki, bu nəhəng dövlət istənilən qlobal şokdan “sağ çıxmaq” iqtidarındadır.

İxracın 59 faizi neft sektorunun üzərinə düşür. Bu da amerikalıları çox təəccübləndirir və bədbin amil sayılır.

Rusiyada yoxsulluğun səviyyəsi yüksəkdir. Əhalinin 13 faizi yoxsulluq həddində yaşayır. Hərçənd, SSRİ dağılanda bu rəqəm 35 idi. Orta aylıq əməkhaqqı 670 dollardır.

Məqalədə araq haqda da danışılıb. Ruslar bu içkini daha əvvəlki qədər “müqəddəs” saymırlar. Pivə və çaxıra keçənlərin sayı artıb.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »