Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aleksandr Proxanov Ukraynadakı debatlar barədə: “Yaxşı tamaşa idi”

Məşhur rusiyalı yazıçı və jurnalist Aleksandr Proxanov Ukrayna prezidentliyinə namizədlər Pyotr Poroşenko ilə Vladimir Zlenskinin debatlarından sonra bununla bağlı fikirləri ilə bölüşüb.

Proxanov deyib:

“Yaxşı tamaşa idi və biz iki aktyorun istedadını qiymətləndirə bildik. Poroşenko toxluq nümayiş etdirirdi, onun çıxışları hakim intonasiyası ilə dolu idi, özü isə ətin dadına bələd olan adam təsiri bağışlayırdı. Zelenski isə ac görünürdü. Balaca, cəld, gözləri parıldayan enerjili oğlan. Amma o da nümayişkaranə işləyirdi. Az qala dua edirmiş kimi diz üstə çökməyi də nəyə desən dəyərdi. Belə şeyləri sakitlikdə, təklikdə, gizli edirlər, burada isə sadəcə fənd idi, deyərdim ki, təlxəklik idi.

Lakin namizədlərin oyunu, əlbəttə, gözəl idi. Amma gördüyümüz kimi, Zelenski də, Poroşenko da milliyyətçi olaraq qalıbar. Zelenskinin qələbəsi ilə bu rusofobiya kursu dəyişməyəcək”. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »