Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarici dillərdən tərcümə etməyə çətinlik çəkdiyimiz 11 söz

Tərcümə asan iş deyil. Xarici dillərdə elə sözlər var ki, dilimizə çevirmək mümkünsüz görünür.

Problem tərcümənin bir və ya bir neçə sözlə ifadə olunmasıdır. Xarici dillərdə elə sözlər var ki, onları bizim dildə ifadə etmək üçün uzun cümlə qurmaq tələb olunur. Bizimyol.info sizə belə sözlərdən 11-ni təqdim edir:

Age-otori (yaponca) – saçını düzəltdirəndən sonra pis görünmək

Gheegle (filippincə) – kimisə çox istədiyindən çimdikləmək

Forelsket (norveçcə) – ilk dəfə eşqə düşəndə yaranan eyforiya

Schadenfreude (almanca) – kiminsə uğursuzluğunu görəndə hiss etdiyiniz məmnunluq

Cafune (portuqalca, Braziliyada) – kiminsə saçlarında barmaqlarıyla gəzişmək

Iktsuarpok (eskimos dilində) – kiminsə gəlib-gəlmədiyini yoxlamaq üçün çölə çıxmaq

Mono no aware (yaponca) – illərinizin boş-boşuna keçməsindən keçirdiyiniz məyusluq

Olfrygt (Danimarka vikinqlərinin dilində) – pivənin çatmayacağından qorxu hissi

Ya’aburnee (ərəbcə) – söhbət elədiyiniz adamın sizdən sonra öləcəyinə ümid; çünki onsuz yaşamaq sizə mümkünsüz görünür

Saudade (portuqalca) – çox sevdiyiniz, amma itirdiyiniz nəyəsə, kiməsə can atmaq

Jayus (indoneziyaca) – danışılan lətifə gülməli olmaz əvəzinə o qədər şit olur ki, buna görə sizi gülmək tutur

Son xəbərlər
Bütün xəbərlər »