Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Keşlə"nin kapitanı: "Komandada futbolçuların oyunu qumara qoymaları söhbəti yoxdur"
2019-04-19_204026

“Keşlə”də futbolçuların oyunu qumara qoymaq söhbəti yoxdur, ola da bilməz. Bununla bağlı nə rəhbərlik, nə də baş məşqçi tərəfindən oyunçulara irad bildirilib”.

Bunu “Report”a “Keşlə”nin kapitanı Slavik Alxasov komandanın baş məşqçisi Tərlan Əhmədovun “Qarabağ”a 0:3 hesabı ilə uduzduğu matçdan sonra səsləndirdiyi fikirləri şərh edərkən deyib.

26 yaşlı müdafiəçi bildirib ki, hazırda “Keşlə”də nəticələrin manipulyasiyası şübhəsi və futbolçuların bukmeyker kontorlarında öz oyunlarına pul qoyuluşu etmələri yönündə söhbət yoxdur: “Bilmirəm, bəlkə də, bu mənada deməyib. Belə bir şeyin olmasına inanmıram. Heç kim razı olmaz ki, onun komandasının adı danışılmış oyunlarda hallansın. Bu, hər kəsə mənfi təsir göstərir və belə söhbətin olması yaxşı hal deyil. Hazırda komandanın içində belə bir məsələ yoxdur. Nə isə olsaydı, üzə çıxardı. Baş məşqçi kimdənsə şübhələnsəydi, onun adını mütləq açıq-aydın deyərdi”.

Qeyd edək ki, Tərlan Əhmədov “Qarabağ”la oyundan sonra təşkil edilmiş mətbuat konfransında ikinci hissədə buraxılan səhvlərin onda başqa fikirlər formalaşdırdığını bildirib: “Çalışıram ki, əsəblərimi qoruyum. Son oyunları götürsək, bütün qollar ikinci hissəyə təsadüf edir. Bunlar sınma nöqtəsi olur. Qış fasiləsindən sonra yalnız ikinci hissədə qol buraxırıq. Çox fikirlər formalaşır. Bunlar hazırda araşdırılmalıdır, ancaq buna vaxtımız yoxdur. Səbəbini soruşuruq ki, niyə bunlar fasilədən sonra olur? Qollar buraxandan sonra komanda ayılır. Totalizator ola bilərmi? Bilmirəm. İmanımı yandırıb kiminsə haqqına girə bilmərəm”.

2017-ci ilin dekabrında “Keşlə”nin oyunçuları Nizami Hacıyev və Mirhüseyn Seyidov danışılmış oyunlara görə AFFA İntizam Komitəsinin qərarı ilə futboldan ömürlük uzaqlaşdırılıblar.

Paylaş »
››› Siyavuş Novruzov Operativ Qərargahı tənqid etdi
››› Milli Məclisin rəhbərliyi Vahid Əhmədovu tənqid etdi
››› Şəki küçələrində dolaşan ayı ilə bağlı açıqlama - Video
››› ABŞ konqresmenləri Azərbaycanla bağlı bəyanat verdilər
››› Ayıya görə nazirlik Şəkiyə mütəxəssislər göndərdi - Video
Son xəbərlər
Bütün xəbərlər »