Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp feldmarşal Xaftarla danışıqlar aparıb

ABŞ prezidenti Donald Tramp Liviya Milli Ordusunun komandanı, feldmarşal Xəlifə Xaftarla danışıqlar aparıb.

Virtualaz.org xəbər verir ki, bu barədə “Reuters” Ağ Evin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, aprelin 15-də baş tutmuş danışıqların gedişində amerikalı lider və liviyalı feldmarşal Liviyada terrorçuluqla mübarizənin perspektivlərini müzakirə ediblər və ölkədəki vəziyyətin sülh yolu ilə tənzimlənməsinin vacibliyini vurğulayıblar. “Onlar Liviyanın sabit və demokratik siyasi sistemə keçidi ilə bağlı baxışlarını bölüşüblər”, - Ağ Evdən bildirilib.

Bundan əlavə, Tramp ayrıca olaraq Xaftarın terrorçularla mübarizədə və Liviyanın neft ehtiyatlarının mühafizəsində böyük rolunu qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »