Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ronaldo “Yuventus”dan getməyə hazırlaşır

“Yuventus”un Çempionlar Liqasındakı uğursuzluğu Kriştiano Ronaldonu çox sarsıdıb. Portuqaliyalı ulduz Turin klubundan getmək fikrinə düşüb.

Bizimyol.info xəbər verir ki, bu haqda İtaliya mətbuatı yazıb. Ronaldo “Yuventus”la Çempionlar Liqasının qalibi olmaq istəyirdi. Məhz bu amilə görə “Real”dan İtaliyaya üz tutmuşdu. Amma burada işlər ürəyi istədiyi kimi getmir. “Qızıl buts” uğrunda mübarizədə Lionel Messiyə uduzur. Çünki Ronaldo “Yuventus”da yetərincə qol vura bilmir. Bu mövsüm İtaliya çempionatında cəmi 19 dəfə fərqlənib. Messinin hesabında isə 33 qol var.

“Yuventus” Çempionlar Liqasında sabit oyun göstərə bilmədi. “Atletiko”nu çətinliklə mübarizədən kənarlaşdırdı. “Ayaks”ı isə Turin təmsilçisi heç bir oyunda məğlub etməyi bacarmadı. Kriştiano Ronaldonu bədbinləşdirən məsələ də budur. Portuqaliyalı dünya futbolu səhnəsində kölgəyə düşməkdən qorxur. Buna görə də “Yuventus”u tərk etmək fikri yaranıb.

Ronaldonun İtaliya klubu ilə 2022-ci ilə qədər müqaviləsi var.

Son xəbərlər
Bütün xəbərlər »