Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən Bizimyol.info-ya bildirilib ki, Böyük və Kiçik Qafqaza səyahət edənləri arabir yağışlı, dağlıq ərazilərdə qarlı hava şəraiti gözləyir. Yağışın bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 21-də gündüz saatlarında yağışda fasilə olacaq. Havanın temperaturu dağətəyi rayonlarda 10-14, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində hava şəraitinin yağışlı olacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 21-də gündüz bəzi yerlərdə yağışda fasilə olacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 9-13 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, aprelin 21-də havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 10-15 dərəcə isti, aprelin 21-də 18 dərəcəyədək isti təşkil edəcək.

Naxçıvan MR-da şimşək çaxacağı, arabir yağış yağacağı, aprelin 21-də gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 11-16 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, aprelin 21-də, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi aprelin 21-də gündüz mülayimləşəcək. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
Son xəbərlər
Bütün xəbərlər »