Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkələrdə yayılmış və insanların həvəslə inandığı 10 böyük yalan

Sosial şəbəkələrdə yayılan hər məlumat doğru deyil. Arasında xeyli şayiə, heç bir fakta söykənməyən məsələ olur. Bizimyol.info bunları seçib, diqqətinizə çatdırır:

1. Şayiə: İnternetdən asılılıq xəstəlik sayılır.

Fakt: Yalandır, internetdən asılılıq psixi xəstəliklər siyahısında yoxdur.

2. Şayiə: “Mona Liza”nın qaşları yoxdur.

Mona Liza Mona Liza | Foto: Pixabay.com

Fakt: “Mona Liza”nın qaşları var, sadəcə, restavrasiya zamanı silinib. O vaxt da qaşlarını təmizləmək vardı.

3. Şayiə: “İnsanları” tanıdıqca itlərə sevgim artır” (Henrix Geyne)

Fakt: Fikir təhrif olunmayıb, amma müəllif fransız qadın yazıçı de Sevinyedir.

4. Şayiə: Təkamül nəticəsində insanların boyu qısalıb.

Meymuin və insan Foto: Pixabay.com

Fakt: Əksinə, insanların boyu getdikcə artır. Avstralopiteklərin boyu 100-150 sm idi. XIX əsrin insanlarının orta boyu 164-166 sm sayılırdı. Bu müddətdə bəşər övladı boyunu daha 10 sm artırıb.

5. Şayiə: Uolt Disney Mikki Maus obrazının rəsmini çəkməklə siçan qorxusundan qurtulmaq istəyib.

Mikki Maus Mikki Maus | Foto: Pixabay.com

Fakt: Əslində, Mikki Maus obrazını Ab Ayverks çəkib.

6. Şayiə: SSRİ (22,4 milyon kv. km) mövcudluğu dövründə həmişə dünyanın ən böyük dövləti olub.

Fakt: Keçən əsrin 20-ci illərində Britaniya İmperiyasının ərazisi daha böyük idi (35,5 milyon kv. km).

7. Şayiə: Çində “Foxconn” zavodunda bir “iPhone” telefonunu 5 saniyəyə düzəldirlər.

Fakt: Bir belə telefonun hazırlanması 24 saat aparır. Bunun 6-8 saatı proqramların yazılması və quraşdırılmasına gedir.

8. Şayiə: Yer kürəsində hər üç saniyədən bir uşaq doğulur.

Fakt: Bir saniyədə dünyaya 4 uşaq gəlir.

9. Şayiə: Günəş “sönsə”, Yer kürəsi 8 dəqiqə 20 saniyə sonra məhv olar.

Günəş tutulması

Fakt: Belə olarsa, yalnız bir həftədən sonra Yer kürəsindəki orta temperatur 17 dərəcədən aşağı düşər.

10. Şayiə: Kişilərin doğmaq qabiliyyəti olsaydı, ağrıdan ölərdilər.

Fakt: Kişilərin ağrıya dözümü qadınlardan çoxdur.

Son xəbərlər
Bütün xəbərlər »