Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Heç kəs Yasinə 56 min dollar pul verməyəcək" - Atası
ABŞ-ın bir çox universitetlərinə qəbul alan Yasin Quliyevin atası sosial şəbəkələr və bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib.

Gəncin atası Yalçın Quliyev Trend-ə bildirib ki, oğlu saytlarda deyildiyi kimi, 56 min dollar təqaüd almayacaq. Y.Quliyevin sözlərinə görə, oğlu ABŞ-ın bir çox universitetlərindən qəbul alsa da, Türkiyəni seçib:

"Bu proseslər bir günün içində baş verməyib, Yasin xeyli müddətdir ki ABŞ-dan qəbul alıb, o cümlədən də Bahçeşehir Universitetində təhsil haqqından azad olunub. Ancaq biz düşündük ki, o, Türkiyənin Sabancı universitetində oxusun".

Oğlunun 56 min dollar təqaüd alacağı ilə yayılan xəbərlərə gəldikdə isə, Y.Quliyev bunu təkzib edib:

"Heç kəs Yasinə 56 min dollar pul verməyəcək. Oğlumun ixtisası üzrə (Kompüter mühəndisliyi) illik təhsil haqqı 18 min dollardır. Universitet Yasini təhsil haqqından azad edib. Ödəniş yalnız yaşayış üçün olacaq”.

Yasin Quliyev hazırda fizika-riyaziyyat təmayüllü məktəbdə oxuyur.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »