Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış həkimi və arvadını öldürən bağbanın məhkəməsi başladı
İşdən çıxarıldığına görə qətl törədən keçmiş məhkumu yol polisləri saxlayıb

Bakıda tanınmış həkimi və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işi üzə məhkəmənin hazırlıq iclası keçirilib.

Qəsdən adam öldürməkdə ittiham olunan İ.Xancarovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Bizimyol.info xəbər verir ki, hadisə ötən ilin iyul ayında Mərdəkan qəsəbəsindəki bağ evində baş verib. İ.Xancanov əvvəllər bağban işlədiyi bağ evinin sahibi 72 yaşlı Arzu Şuşalını və həyat yoldaşı 71 yaşlı Dilarə Əhmədovanı bıçaqlayıb.

Əvvəllər oğurluq və quldurluq cinayətlərinə görə məhkumluq həyatı yaşayan İ.Xancanov hadisədən 2 ay əvvəl işdən çıxarılıbmış. Ev sahibi onu işdən azad edən zaman bağban yaşlı ər-arvadı öldürmək qərarına gəlib.

İ.Xancanov ev sahibi və həyat yoldaşını bıçaqlayandan sonra mənzildəki pulları götürüb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Xancarov isə bıçaqladığı şəxslərin ikisinin də öldüyünü düşünüb. O, izi itirmək üçün qan içində olan ər və arvadı Arzu Şuşalıya məxsus “Land Rover” markalı avtomobilə qoyaraq ərazidən uzaqlaşmaq istəyib. Qətlin üstünün açılmasına səbəb yol polisləri olub. Belə ki, Mərdəkan qəsəbəsində xidmət zamanı polis əməkdaşları "Range Rover" markalı avtomobilin sürücüsünə "Saxla" əmri verib. Ancaq özünü şübhəli aparan sürücü buna məhəl qoymayıb. Sonradan avtomobil saxlanılan zaman salonda qan içərisində olan yaşlı qadınla kişini aşkar edib. Müəyyən edilib ki, onlardan 72 yaşlı Şuşalı Arzu Məmməd oğlu yaralı vəziyyətdədir, qadın isə artıq dünyasını dəyişib.

A.Şuşalı xəstəxanaya çatdırılsa dabir neçə ay sonra dünyasını dəyişib.

Sabirabad rayon sakini, 51 yaşlı İ.Xancanov isə hüquq-mühafizə orqanlarına təhvil verilib, ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 29-na təyin edilib.

Arzu Şuşalı tanınmış həkim olub və 2000-ci ildə "Əməkdar həkim" fəxri adı ilə təltif edilib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »