Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Küsüb gedən arvadının qarşısını traktorla kəsdi, axırı pis qurtardı

ABŞ-ın Florida ştatında kişini qeyr-adi hərəkətinə görə həbs ediblər. Denni Li Styuart küsüb evi tərk etməyə çalışan həyat yoldaşının qarşısını traktorla kəsib.

Bizimyol.info xəbər verir ki, 64 yaşlı kişi bu zaman öz texnikası ilə həyat yoldaşının mindiyi avtomobilə zərər yetirib. Qadın xəsarət almamaq üçün tez maşından düşüb, sonra isə polisə zəng vurub.

Polis gələnə qədər Styuart bəhanə də fikirləşib. Deyib ki, həyat yoldaşı onun əşyalarını aparmaq istəyirdi. Qadın isə çemodanına yalnız öz paltarlarını yığdığını bildirib. İndi Styuart öldürmək niyyəti olmadan ağır silahlı hücumda ittiham edilir. Əzilən avtomobildə də yalnız zərərçəkənin əşyaları gözə dəyir.

Denni Li hələ də həyat yoldaşını çox sevdiyini, onun ayrılmaq istəyinə sakit baxa bilmədiyini söyləyir.

Son xəbərlər
Bütün xəbərlər »