Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşçi Qrup yaradıldı - qaz və elektrikə tətbiq edilən limitin ləğvi məsələsinə baxılır
Energetika nazirinin müşaviri Zəminə Əliyeva: “Elə problemlər var ki, hansısa qaydanın qəbuluna, məsələnin yenidən baxılmasına ehtiyac olur”

“Yaradılan İşçi Qrupun məqsədi qaz və işqla təminatda yaranan problemlərlə bağlı daxil olan məlumatların araşdırılmasıdır. Təbii qaz və elektrik enerjisinə tətbiq edilən limitlə bağlı da müraciətlər daxil olarsa, məsələ araşdırla bilər”.

Bunu Bizimyol.info saytına açıqlamasında energetika nazirinin müşaviri, mətbuat katibi Zəminə Əliyeva deyib.

Nazirliyin açıqladığı məlumata görə, vətəndaşların qaz və elektrik enerjisi təchizatı üzrə şikayətlərinin araşdırılması və problemlərin operativ həlli ilə bağlı Energetika Nazirliyində “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.

Zəminə Əliyeva Zəminə Əliyeva

Nazir Pərviz Şahbazov əhalidən daxil olan müraciətlərin və qaldırılan məsələlərin həllinin nazirliyin nəzarətində olduğunu, bu istiqamətdə ümumi fəaliyyətin gücləndirilməsinin zəruriliyini bildirib. Nazirin müvafiq əmri ilə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədi ilə energetika nazirinin müavini Elnur Soltanovun rəhbərliyi ilə “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və nazirliyin struktur bölmələrinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.

Həmçinin vətəndaş şikayətlərinin təmin edilməsi ilə yanaşı, müvafiq müraciətlər üzrə təhlillərin və yerlərdə araşdırmaların aparılması, kompleks yanaşma əsasında problemi şərtləndirən amillərin aşkarlanması və tədbir görülməsi ilə bağlı tapşırıqlar verilib.

Zəminə Əliyeva bildirir ki, bu sahədə olan problemlərlə bağlı müvafiq qurumlara müxtəlif müraciətlər daxil olur: “Enerji Məsələlərini Tənzimləmə Agentliyi faliyyətə başlayandan daxil olan bütün müraciətlər hər zaman araşdırılıb və cavabsız qalmayıb. Elə problemlər var ki, hansısa qaydanın qəbuluna, məsələnin yenidən baxılmasına ehtiyac olur. İşçi Qrup araşdıracaq ki, daxil olan müraciətlər əsasən hansı sahələrə aiddir, bu problemlər operativ həll edilər bilər, yoxsa kompleks təbirlərin görülməsi lazımdır və s. Burada “Azəriqaz”ın və “Azərişıq”ın rəhbərliyi də təmsil olunur və məsələ Energetika Nazirliyinin nəzarətindədir”.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »