Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Poroşenko "Olimpiya" stadionunda Zelenski ilə debata çıxacaq

Ukrayna prezidetliyinə namizəd Petro Poroshenko digər namizəd Vladimir Zelenski ilə "Olimpiya" stadionunda debata çıxmaq ərəfəsində xalqa video-​​müraciət etdi. Bu barədə məlumat "UNIAN" tərəfindən yayılıb.

"Bizimyol.info" xəbər verir ki, Poroşenko seçicilərinə fikirlərini çatdırmaq üçün rəqibinin üsullarından istifadə edəcəyini bildirib. Hazırki prezident deyib ki, dövlət başçısı səlahiyyətlərini icra etdiyi dövrdə çox iş gördüyü üçün xalqla təmassa az vaxt ayırmalı olub. İndi isə ukraynalılarla birbaşa əlaqə saxlamaq üçün onları debatda iştiraka səsləyib.

Poroşenko ötən beş illik prezidentliyin dövründə onu utandıracaq heç bir iş görmədiyini diqqətə çatdırıb. Əksinə o bu illər ərzində qanunların və səlahiyyətinin imkan verdiyi bütün vasitələrlə xalqa xidmət etdiyini, bundan sonra da mübarizədən çəkilməyəcəyini bildirib.

Poroşenko: "Bu ölkəmiz üçün bir fürsətdir ... Mən Ukrayna uğrunda prezident kimi, namizəd kimi, bir vətəndaş kimi sonadək mübarizə aparacağam",- deyə bildirib.

Qeyd edək ki, 31 Martda Ukraynada prezident seçkiləri keçirildi, heç bir namizəd birinci turda qələbə qazanacaq sayda səs toplaya bilmədi. seçkilərdən sonra bülletenlərin dörddəbirinin etibarsız hesab etdiyi bildirilmişdi. Səsvrmənin lideri yumorist Vladimir Zelenski səslərin 30,24%-ni qazanmışdı. İkinci yerdə isə ölkənin hazırkı prezidenti Petro Poroşenko 15,95% səs qazandı. Ukrayna prezident seçiminin ikinci turunu apreldə 21-də keçirməyə hazırlaşır.

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
››› "Space" TV-nin yeni rəhbəri istefa verdi
Son xəbərlər
Bütün xəbərlər »