Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
17 yaşı var, 56 min dollar təqaüd alacaq - Azərbaycanlı gəncdən böyük uğur

17 yaşlı azərbaycanlı şagirdin Sabancı Universitetindən 56 min dollar təqaüd qazanması sosial şəbəkələrdə maraqla qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, bu günə kimi informasiya texnologiyaları sahəsində uğurları ilə mətbuatda adından söz açdıran Yasin Quliyev dünyanın bir çox nüfuzlu universitetlərində (University of Massachusetts Boston, University of South Florida, Illinois State University, Bahçeşehir Unveristesi) tam kurs qazanıb.

Ancaq onun seçimi Sabancı Universiteti olub. Belə ki, Yasin bundan sonra təhsilini "Kompüter Mühəndisliyi" bölümündə davam etdirəcək.

Yasin Quliyev Yasin Quliyev

Xatırladaq ki, Yasin "2-ci Robot Olimpiadası"nda "Hardware Control" kateqoriyası üzrə birinci olmuşdu. Meksikada keçirilən "First Global" beynəlxalq robot-texnika yarışında iştirak etmək haqqı qazansa da, maddi dəstək olmadığından buna nail ola bilməyib.

Son xəbərlər
Bütün xəbərlər »