Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda əhali arasında piylənmə artır - Acınacaqlı proqnozlar
2014-cü il üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, Azərbaycanda yetkin əhalinin təxminən 33 faizi piylənmə və artıq çəkidən əziyyət çəkir.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasına həkim dietoloq, piylənmənin müalicəsi üzrə mütəxəssis Emil Hidayətli deyib.

O bildirib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da insanlar arasında piylənmənin sayı artmaqdadır:

“Ən ciddi məqam piylənmənin uşaqlar arasında artmasıdır. Bu, əsasən, qidalanma faktoru ilə əlaqəlidir. Qida sənayesinin dəyişməsi, qeyri-sağlam qidalanma, oturaq həyat tərzi, passivlik və digər tibbi problemlərin də piylənmənin yaranmasında rolu var.

Piylənmə ilə mübarizə aparmaq üçün qida və fiziki aktivliyə kompleks şəkildə nəzarət etmək lazımdır.

Piylənmədən əziyyət çəkən insanlar vərdişlərini dəyişməlidirlər. Sağlamlıq üçün bu, vacib faktordur. Qida, həyat tərzi, yuxu, fiziki aktivlik, vərdişlər dəyişmədikcə piylənmənin qarşısını almaq mümkün deyil”.

Həkim deyib ki, ildən-ilə proqnozlar daha acınacaqlı olur:

“2030-cu ildə artıq Yer kürəsinin əhalisinin yarısı artıq çəkidən və piylənmədən əziyyət çəkəcək.

Bizim qeyri-ixtiyari təkrarladığımız hərəkətlər vərdiş adlanır ki, bu, müəyyən qaydada qidalanmadır. Yuxu vərdişi burada önəmli rol oynayır, gecə saat 00:00-01:00-dan sonra yatanlarda piylənməyə meyil artır.

Bunların hamısının daha sağlam vərdişlərlə dəyişilməsini birgə tətbiq etməklə, biz müsbət nəticələr əldə edə bilərik”.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »