Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səhvən hakimiyyət namizədinə səs verdiyinə görə öz barmağını kəsdi

Hindistan tarixində miqyasına görə ən böyük seçkilər keçirilir. Hind xalqı parlamentə layiqli nümayəndələrini seçir.

Bizimyol.info xəbər verir ki, seçkilərdə 900 milyona yaxın insan iştirak edir. Böyük qalmaqallar nəzərə çarpmır. Amma çox maraqlı hadisələr baş verir. Məsələn, seçicilərdən biri barmağını kəsib. Müxalifət namizədinə səs verməyi düşünən Pavan Kumar adları səhv salaraq hakimiyyət təmsilçisinin qarşısına işarə qoyub. Hind seçici səhvini başa düşəndən sonra özünü heç cür bağışlaya bilməyib. Kumar işarə barmağını kəsib.

Pavan Kumar Pavan Kumar | Foto: BBC

Pavanın dediyinə görə, onu namizədlərinin adının yanındakı rəmzlər çaşdırıb. “Fil”i seçməkdən “çiçəy”in qarşısına işarə qoyub.

Partiyaları da qınamaq olmur. Hindistanda savadlılıq dərəcəsi çox aşağı olduğundan, seçicinin rahat ayırd etməsi üçün siyasi təşkilatlar fərqli yollardan istifadə edir.

Son xəbərlər
Bütün xəbərlər »