Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əkiz bacılar 97 gün fərqlə dünyaya gəldilər

Almaniyanın Köln şəhərinin sakini Oksananın əkiz övladları 97 gün fərqlə dünyaya gəlib. "The Times" qəzeti bu barədə məlumat verib.

"Bizimyol.info" xəbər verir ki, əkizlərə hamilə qalmış qadının 2018-ci ilin noyabrında, hamiləliyin altıncı ayında, erkən doğuşu başlandı, bətindəki suyun açılması həkimləri təcili tədbirlər görməyə məcbur etdi. Qadının erkən doğuşdan dünyaya gələn qızının çəkisi 900 qram idi. Keysəriyyə əməliyyatı ilə birinci bacını xilas edən həkimlər, ikinci uşağın ana bətnində qalmasını və normal doğuşla dünyaya gəlməsi qərarını verdilər.

Bu ilin fevral ayında qadının ikinci qız doğuldu, çəkisi 3,7 kq idi. Bir neçə həftə sonra həkimlər Oksananın xəstəxanadan çıxmasına icazə verdilər.

Klinikada qeyd olunduğu kimi: "Əkizlər doğum tarixləri ilə dünya rokordçuları oldular".

"Araşdırmalarımıza görə, 2012-ci ildə İrlandiyada əkizlər 87 gün fərqlə dünyaya gəlmişdir", - xəstəxananın baş həkimi Uve Şellenberger bildirib.

Son xəbərlər
Bütün xəbərlər »