Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: ""Neftçi"yə nəyisə sübut etmək kimi bir fikrimiz yoxdur"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXV turunda "Keşlə"ni evdə 3:0 hesabıyla məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə görüşü dəyərləndirib.

- Futbolçularımı təbrik etmək istəyirəm. Qalib gəlməkdən başqa yaxşı mübarizə göstərdilər. Hesab rahat qalib gəldiyimizi göstərə bilər. Ancaq məncə, elə də asan olmadı. Çünki rəqib buraxdığı hər qoldan sonra dayanmadı, bizə təzyiq göstərdi. "Keşlə"yə də uğurlar arzulayıram.

Bu gün Araz Abdullayevin ad günü idi, Maksim Medvedevin 400-cü oyunu idi. Qələbəni onların əlamətdar günlərinə həsr edirsiniz?

- Futbolçular öz aralarında bunu həll edərlər (gülür). Belə əlamətdar olaylar oldu. Bəzən yaşımız dəyişəndə, sevinirik. Ancaq xüsusilə futbolçular narahat olmalıdır, çünki yaşa dolurlar. Ona görə peşəkar olmağa çalışmalıdılar. Ola bilər ki, əllərində şans olmasın. Bütün kollektivə uğurlar arzulayıram.

Dekabrdan "Qarabağ"ın darmadağınları davam edir. Bu nəyin nəticəsidi? "Neftçi"yə göstərmək istəyirsiniz ki, çempion biz olmalıyıq, yoxsa...?

- Qətiyən belə fikir yoxdur. İşimizlə məşğuluq. Futbolçulara tələblərimizi edirik. Dünya futbolunda belə hesablar çox olur.

Bəlkə yorğunluq futbolçularınızın artıq canlarından çıxıb?

- Dekabradək çox çətin idi. Həmişə belə olub. Son 2 turda ardıcıl 3:0-lar olsa da, heç nə asan olmadı. Sadəcə, qol şanslarımızdan istifadə etdilər. Digər hesablara da hazır olmalıyıq. Hamımızda rahatçılıq olmamalıdır.

"Sabah" Təmkin Xəlilzadəni qovduğunu rəsmən açıqlayıb. Millidə onunla işlədiyiniz vaxtda belə problem olmuşdu?

- Belə bir məlumatım yoxdur. Fikir bildirməyim düzgün olmazdı. Millidə olduğum müddətdə futbolçulardan razı qalmışdım. Ciddi problemlə üzləşməmişəm.

Sona 3 tur qalıb. "Neftçi"nin ötən turda xal itkisi çempionluq mübarizəsinə necə təsir göstərə bilər?

- Mövsüm başalayandan heç birimiz rahat hazırlaşmamışıq. Qış fasiləsindən sonra ilk turda demişdim ki, hələ çox xal itirəcəyik. Bilinmir ki, qarşıdakı 3 turda nələr olacaq. Hər bir komandamın öz məqsədi var və buna görə də nəticəyə oynamağı daha çox düşünür. Hamısına hazır olmalıyıq.

Kubokun finalı Naxçıvanda keçiriləcək. Bu turnirdə mübarizəni davam etdirən komandanın baş məşqçisi kimi bu qərara münasibətiniz necədir?

- Əlbəttə, bu, biz klublara aid olan qərar deyil. Həmişə bildirmişəm ki, kubok fərqli turnirdi və onun öz nüfuzu var. Hamı istəyər ki, yaxşı stadionda, yaxşı şəraitdə oynasın. Hər hansı qərara etiraz bildirməyimiz düzgün olmaz. Naxçıvanda az oynamışıq. Finala çıxsaq, mütləq deyilən stadionda oynayacağıq. Yəqin ki, bölgələrdə futbolun inkişafı, əyalətin yaddan çıxmaması üçün bu addımı atıblar. Mənim baş məşqçi kimi fikir bidlirməyim düzgün çıxmaz.

Son xəbərlər
Bütün xəbərlər »