Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Gözünüzə ziyandır" deyib interneti ikiqat bahalaşdırdılar

Tacikistan hökuməti mobil internetin və danışığın qiymətini qaldırıb. Ölkənin Rabitə Xidmətinin sədr müavini İlhom Atoyev bu haqda məlumat verib.

Bizimyol.info xəbər verir ki, qiymətlər təxminən iki dəfə artırılıb. Əvvəllər 1 giqabayt internet üçün 30-35 comoni (təxminən 3,5 dollar) ödəmək lazım gəlirdisə, indi taciklər 63 somonisindən (təxminən 6,87 dollar) keçməlidir.

İlhom Atoyev deyir: “İnternetin qiymətinin artması ilə insanlar bundan daha düzgün istifadə etməyə başlayacaqlar. Daha az oynayacaqlar, gözlərini korlamayacaqlar, sağlamlığın qayğısına qalacaqlar. Gənclərə fikir verin – həmişə başıaşağı gəzirlər, gözləri internetdədir”.

Məmur əlavə edib ki, insanların daha çox kitab oxuyacağına ümid bəsləyir, internet onsuz da ziyandır. İlhom Atoyev canlı ünsiyyətin vacib olduğunu da bildirib.

Son illər Tacikistan hökuməti sosial şəbəkələrə nəzarəti gücləndirib. Keçən ilin noyabrından ölkə əhalisi “YouTube”, “Facebook”, “Twitter”, “Одноклассники”, “Viber”, “WhatsApp” və “Telegram”dan məhrum olub.

Son xəbərlər
Bütün xəbərlər »