Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəy sorğusunda Zelenski rəqibini 3 dəfə üstələyib

Ukraynada prezident seçkilərində Vladimir Zelenskiyə səs verməyi planlaşdıranların sayı bir həftə ərzində 12% artaraq 73%-ə çatıb, hazırkı dövlət başçısı Pyotr Poroşenkonu isə yalnız 25% dəstəkləyir.

RİA "Novosti" xəbər verir ki, bunu "Reytinq" sosioloji qrupunun məlumatları göstərir.

Sorğuda həmçinin qeyd olunur ki, respondentlərin 62%-i Ukraynanın növbəti prezidentinin Vladimir Zelenski olacağına, 17%-i isə Pyotr Poroşenkonun qələbəsinə inanır. Rəyi soruşulanların digər hissəsi cavablarını hələ qətiləşdirməyib.

Pyotr Poroşenko

Sorğu aprelin 12-dən 16-dək Ukraynanın bütün regionlarında keçirilib. Ümumilikdə, 3 min nəfərdən fikir öyrənilib.

Xatırladaq ki, Ukraynada prezident seçkisinin ilk turu martın 31-də keçirilib. Seçkilərin ilk turunun yekun nəticələriaprelin 7-də Ukraynanın Mərkəzi Seçki Komissiyası tərəfindən dərc olunub. Elektron və kağız protokollarının emalının nəticələrinə görə, Zelenski səslərin 30,24 faizini, Poroşenko isə 15,95 faizini toplayıb. İkinci tur aprelin 21-də keçiriləcək. (Virtualaz.org)

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »