Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı milyarder heç vaxt olmadığı qədər varlanıb - Foto

Vahid Ələkbərovun sərvəti 20 milyard dolları keçib. “Forbes” jurnalının Rusiya versiyası bu ölkənin ən varlı adamlarının növbəti siyahısını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Leonid Mixelson yenə birinci yerdədir. “Novatek” şirkətinin rəhbəri son dörd ildə üçüncü dəfədir zirvəni ələ keçirir. Mixelsonun 24 milyard dolları var. İş adamı son bir ildə sərvətini daha 6 milyard dollar artırıb. “Novatek”in səhmlərinin qiyməti isə London birjasında 40 faiz artıb.

Leonid Mixelson Leonid Mixelson

Vladimir Lisin 21,3 milyard dollarla ikinci yerdədir. NLMK direktorlar şurasının sədri keçən il birinci pillədəydi. Son bir ildə çox qazana bilməməsi Lisini lider mövqeyindən kənarlaşdırıb. “Çox qazana bilməmək” yazarkən təxminən 2 milyard dollar nəzərdə tutulur.

Vladimir Lisin Vladimir Lisin

Azərbaycanlı milyarder Vahid Ələkbərov, nəhayət, 20 milyard həddini keçib. “Lukoyl”un prezidentinin 20,7 milyard dollar sərvəti var. Ələkbərov rus iş adamları arasında heç vaxt belə yüksək mövqe tutmayıb. Azərbaycanlı milyarder son bir ildə 4,3 milyard dollar qazanıb.

Vahid Ələkbərov

Dünyada birinci pillədə yenə Ceff Bezosdur. “Amazon” şirkətinin rəhbərinin 131 milyard dolları olduğu göstərilir. Nə qədər səhih rəqəm olduğunu demək çətindir.

Jeff Bezos / Foto: AFP 2019 / Manjunath Kiran

Nəzərə alaq ki, dünyanın ən zəngin adamı həyat yoldaşı Makkenzi ilə ayrılıb və sərvətinin 30 milyard dollarından çoxunu ona verib. Məsələn, “Bloomberg” bu amili diqqətdən qaçırmayıb. Agentliyin siyahısında Ceff Bezosun 116 milyardı olduğu qeyd edilib. Makkenzinin adının yer aldığı qrafanın qarşısında isə 37,1 milyard göstəricisini görürük.

Son xəbərlər
Bütün xəbərlər »