Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron Roma papasını Fransaya dəvət etdi

Fransa prezidenti Emmanuel Makron Notr-Dam kilsəsindəki güclü yanğından sonra Roma papası Fransiski Parisə dəvət edib.

Modern.az-ın məlumatına görə, bu barədə E.Makron özü açıqlama verib. O, Roma papası ilə telefonla danışdığını bildirib:

“Mən onu səfərə dəvət etmişəm və o, uyğun zamanda səfər edəcək”.

Qeyd edək ki, aprelin 15-də Parisin Notr-Dam kilsəsində güclü yanğın olub. Nəticədə kilsə üzərindəki qüllənin bir hissəsi aşıb, məbədin saatı yanaraq məhv olub. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib. Binanın böyük hissəsi dağılıb.

Son xəbərlər
Bütün xəbərlər »