Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
92 yaşlı keçmiş "konslager" gözətçisinə çinayət işi açılıb

Hamburg prokurorları Stutthofd "natsist" düşərgəsində gözətçi kimi xidmət etmiş 92 yaşındakı keçmiş hərbçıyə qarşı ittiham elan edib. Almaniyada çıxan "Welt" qəzeti bu barədə yazıb.

Bizimyol.info" xəbər verir ki, Bruno D. Polşanın Stutthof düşərgəsində məhbusların öldürülməsində iştirak etməkdə ittiham olunur. İstintaqa görə, 1944-cü ilin avqustundan 1945-ci ilin aprelinə qədər həmin düşərgədə ən azı 5.230 adam öldü.

2018-ci ildə könüllü sorğu apararkən, düşərgədə təhlükəsizlik işçisi olaraq çalışan şübhəli, insanların gaz otaqlarına aparıldığını gördüyünü demişdi. O, bildirib ki düşərgədə işə başlayanda 17 yaşı olubi. Həmin vaxt SS-nin sıralarına qoşulmaq məcburiyyətində qalıb, çünki ürəyində qüsur olduğu üçün onu yalnız garnizon xidmətində qulluq etməyini uyğun biliblər. Qoca, milliyyətçilərə heç zaman rəğbəti olmadığını, əksinə məhbuslara hörmətlə yanaşdığını deyib. Keşmiş həbçi təqsiri olmadığını söyləyib.

Stutthof düşərgəsi 1939-cu ildə almanlar Polşanı işğal etdikdən sonra, indiki Qdansk yaxınlığında yaradılmışdı. Müharibə dövründə orada 100 mindən çox məhkumun saxlandığı barədə faktlar var. Onlardan da ən azı 65 mindən çoxunun öldürüldüyü məlum olub.

Bundan əvvəl də 95 yaşlı Yakov Palinin adlı keçmiş "SS" həbi düşərgəsinin kiçik zabiti yaşadığı ABŞ-dan Almaniyaya deportasiya edilmişdi. Müharibə zamanı o da Polşada "Travniki" düşərgəsinin silahlı mühafizəsində səlahiyyət sahibi olduğu bildirilib.

Son xəbərlər
Bütün xəbərlər »