Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şengen vizasının qiyməti artırılacaq

Avropa Parlamenti, Avropa Komissiyasının Şengen vizalarının alınması qaydalarını dəyişdirmək təşəbbüsünü təsdiqlədi. Bu barədə RİA Novosti məlumat yayıb.

"Bizimyol.info" xəbər verir ki, vizanın dəyəri 60 avrodan 80 avroya qədər artırılacaq. Bu Şengen müqaviləsi iştirakçılarına dünyanın hər yerində kifayət qədər sayda konsulluq heyətinin saxlanmasına imkan verəcək. Bundan əlavə, viza üçün müraciət müddəti üç aydan altı aya qədər artırılacaq.

Qeyd edildiyi kimi, viza qiymətinin artması Azərbaycan, Rusiya və Ermənistana təsir göstərməyəcək. Aİ viza rejimi sadələşdirmək üçün bu dövlətlərlə müqavilə bağlayıb və onlar üçün viza qiyməti 35 avrodur.

Yeni qaydalar əsasən "müsbət viza tarixçəsi" olan səyahətçilər müstəsna hüquqa sahib olacaqlar - onlar bir ildən beş ilədək etibarlılıq müddəti ilə viza ala biləcəklər.

Avropa Parlamenti tərəfindən qəbul edilən sənəd AB Şurası tərəfindən təsdiqlənməlidir, ondan sonra AB viza rejimində qəbul edilmiş yeni dəyişikliklərini tətbiqinə altı ay sonra başlanacaq.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »