Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının mərkəzində tarixi bina qəzalı vəziyyətdədir - Fotolar

Bir əsrdən artıq yaşı olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası qəzalı vəziyyətdədi. Bu sənət məbədinin əsaslı təmir və yenidənqurma işlərinin aparılmasına ehtiyac var.

Bizimyol.info-nun əməkdaşının qəzalı vəziyyətdə olan ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsinin binasının videogörüntüsünü çəkib. 2009-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında aparılacaq əsaslı təmir və yenidənqurma işlərinin eskiz layihəsi ictimaiyyətə təqdim olunmuşdu. Hələ də möhtəşəm sənət məbədi təmir olunmasa da, teatr öz missiyasını davam etdirir.

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramında teatr binalarının müasir standartlar səviyyəsində təmiri və maddi-texniki bazanın möhkəmləndirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, cəmi on ay ərzində teatr binası tikilib hazır olur. Ölkəmizdə ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu yaraşıqlı binada fəaliyyət göstərir.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »