Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanada məktəblərində necə dərs keçirlər...

Kanada nümunəvi ölkələrdən sayılır. Bu Şimali Amerika dövlətində təhsilin səviyyəsi də çox yüksəkdir. Bəs Kanadada hansı təhsil formatına üstünlük verilir?

Bizimyol.info nəzərinizə Kanada təhsili haqda müəyyən məlumatları çatdırır. Bu ölkədə hər əyalətin ayrıca təhsil nazirliyi var. Həm özəl, həm də dövlət məktəbləri fəaliyyət göstərir. Dövlət müəssisələrində təhsil pulsuzdur. Özəl məktəblərdə təhsil haqqı ailənin qazancından asılıdır. Şagirdlər birinci sinfə doğulduğu ilə uyğun gedir. Məsələn, 2012-ci ildə dünyaya gələn uşaqların hamısı məktəbə eyni vaxtda başlayır.

Məktəblərin əksərində ikinci dil var. Bu, xaricdən gələn uşaqlara çox kömək edir. Məktəbdə təhsil ibtidai, orta və yüksək kateqoriyalara bölünür. Uşaqlar altıncı sinfə qədər ibtidai təhsil alır. Yeddinci-səkkizinci siniflərdə orta təhsil almaq mümkündür. 9-12-ci siniflər isə yüksək təhsil üçün nəzərdə tutulub. Ümumilikdə məktəbin iki binası olur. Yəni ibtidai və yüksək təhsil görənlər qarşılaşmır.

Orta təhsil alanlar digər iki kateqoriyadakı şagirlərlə rastlaşa bilir. Çünki məhz həmin binalarda dərslər keçirilir. Sentyabrda dərslər ilk çərşənbə axşamında başlayır. Tədris ili iyunda başa çatır. Həftədə 5 gün dərs olur.

Şagirdlərə yetərincə tətil verilir. Hətta bəzən həftənin hər hansı günü dərs olmur, uşaqlar dincəlmək imkanı qazanır. Dərslər səhər saat 9-da başlayır, 4-ün yarısından tez bitmir. Amma elə düşünməyin ki, uşaqlar həmişə oxumaq məcburiyyətində qalır. Məsələn, bir saat nahar fasiləsi olur. Tənəffüslər azı 15 dəqiqədir.

Məktəbdə müəllimlər uşaqlarla dost münasibəti saxlamağa çalışır. Yalnız dərs proqramından danışmırlar, haşiyəyə də çıxırlar. Müəllimlər şagirdlərin güclü və zəif tərəflərini üzə çıxarmağa cəhd edir. Kanada şagirdin proqramdan geri qalmasını təkcə onun bacarıqsızlığına bağlamırlar, burada mütləq sosial amilləri də diqqətdən keçirirlər. Heç bir halda şagirdi aşağılamırlar. Hər rübdə valideynə övladı haqda ətraflı hesabat təqdim olunur.

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Gürcüstanın bizi dəstəkləməsi boş yerə olmayıb, ciddi səbəbləri var idi"
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
Son xəbərlər
Bütün xəbərlər »