Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
100 yaşlı qadın uzunömürlülüyün sirrini açır - Fotolar, Video

ABŞ-ın Qrinburq şəhərində yaşayan yoqa müəlliminin avqustda 101 yaşı tamam olacaq. Tao Porşon-Linç uzunömürlülüyün sirri haqda danışıb.

Bizimyol.info xəbər verir ki, yoqa müəllimi əbədi optimizminə minnətdar olduğunu deyib. Nyu York ştatında yaşayan qadın Hindistanda böyüyüb, 7 yaşından yoqa ilə məşğul olmağa başlayıb.

Tao Porşon-Linç Tao Porşon-Linç | Foto: Ricky Flores / The Journal News

O, bir dəfə çimərlikdə müxtəlif hərəkətləri yerinə yetirən kişilərdən ibarət qrup gördüyünü xatırlayır. Onda xalası izah etmişdi ki, bu hərəkətlər asanlar adlanır və qızlar təkrarlamalı deyil.

Tao Porşon-Linç Tao Porşon-Linç | Foto: Robert Sturman

Porşon-Linç xalasının sözünə fikir verməmişdi. Üzərində çox işləyib yoqa ilə peşəkarcasına məşğul olmağa başlamışdı. Bir az sonra Tao artıq bu istiqamətdə dərslər verirdi. Təqaüdçü indiyə qədər yoqa dərsləri keçir, insanlara doğru düşünməyi və düz nəfəs almağı öyrədir.

Tao Porşon-Linç Tao Porşon-Linç | Foto: Associated Press

Porşon-Linç keçən il Hindistanın “Padma Şri” mükafatına layiq görülmüşdü. Tao yoqadan başqa, bal rəqsləri ilə də məşğul olur. Keçən il hətta “America's Got Talent” şousuna da getmişdi.

Son xəbərlər
Bütün xəbərlər »