Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mənim adımı çəkməyin, heç vaxt mən ola bilməzsiniz" - Elnarə Abdullayeva

Xanəndə Elnarə Abdullayeva "Şou ATV" proqramının qonağı olub.

Axşam.az bildirir ki, veriliş zamanı Abdullayevanın "Oğluma müğənni qız almaram" sözləri və ona sərt reaksiya verən ifaçılar barədə danışılıb.

Sənətçi dediyi sözlərə aydınlıq gətirərək, həmkarlarına cavab verib:

"Təkcə, oxumaqla deyil, tamaşaçı bilməlidir ki, sən kimsən. Danışanda elə etmək lazımdır ki, xalq səni yaxşı tanısın. Əslində, azərbaycan balacadır, hamı hamını tanıyır. Bu sənətlə bağlı olsam da, sənətçiləri görmürdüm. "Nanəli" verilişindən sonra çoxunu tanımışam. Kənardan hamıya yaxşı qiymət verirlər. Deyirlər ki, sən kimsən, filankəs kimdir. Mənə nə qədər sual verirsiniz, verin. Nədən qorxacam ki? Bunu tez-tez qabardırlar. Mən Karl Marks deyiləm, söz deyə bilərəm. Hər kəs sözləri başındakı fikirlə ölçür. Başbağlı mənə söz atın. Almıram, özüm bilərəm. Deyirlər ki, bu sənətin içindəsən. Amma mən bu sənətin içinə səhvən düşmüşəm. Mən müğənniyəm, ancaq mənimliyim var. Heç kəs özünü mənlə müqayisə etməsin, mənim adımı çəkməyin, heç vaxt mən ola bilməzsiniz. Mən toydan qazanıb, xalqa xərcləyirəm. Sizdə o ürək var? Mən almamağımın səbəbini açıqlayıram. Bu əziyyəti görmüşəm. Kim necə qəbul edir, onlar özləri səbəbini bilir. Vaxt olub ki, günlərlə ailəmə belə vaxt ayıra bilməmişəm. Deyirlər ki, özü müğənni deyil? Özüm oxuyanam, sənə nə? Sən mən olacaqsan?"

Qeyd edək ki, Elnarə Abdullayevaya sərt reaksiya verənlər sırasında əməkdar artist Röya Ayxan, müğənnilər Xatirə İslam, Nura Suri, Səidə Sultan və başqaları olub.

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »