Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aldadılmış vətəndaşlar icra başçısından məhkəmə qərarının icra edilməsini tələb edirlər

“Bakı Apellyasiya Məhkəməsinin çıxardığı Xüsusi Qərar Bakı Şəhər İcra Hakimiyyətinə yönləndirilib. Problemimizin həlli üçün icra hakimiyyətində bizim nümayəndələrin də daxil olacağı komissiya yaradılacağı haqqda söhbət getmişdi. Komissiya yaradılmasa da, bizim nümayəndələr icra hakimiyyətinin əməkdaşları ilə görüşürlər. Ancaq görüşlər adi söhbətləşmə səviyyəsində olur. Biz istəyirik problemlə birabaş Eldar Əzizovun özü maraqlansın”.

Bu barədə bizimyol.info-ya “GEN” MMC tikinti şirkətinin aldatdığı payçı Afət Əzizova bildirib. Qeyd edək ki, bu tikinti şirkəti vətəndaşları aldadıb, onlara nə ev verib, nə də pullarını qaytarıb. Məhkəmənin qərarı ilə tikinti şirkətinin rəhbəri həbs olunub, amma sakinlərə mənzil verilməyib.

“Bizim mənzil problemimizin həll olunması üçün bizim “Şərur” MTK-ya yönləndirilməyimizdən narazıyıq. Biz bir dəfə aldadıldığımızdan ikinci dəfə ehtiyatlı olmalıyıq. Biz, bir mənalı olaraq, “Şərur” MTK-ya getmək istəmirik! Çünki “Şərur” MTK-nin təklif etdiyi qiymətlər həmin mənzillərin bazar qiymətindən daha baha şəkildə bizə satılmasından başqa bir şey deyil. Bizə təklif olunan Saray qəsəbəsindəki hələ tikintisi başa çatmamış mənzillər də bazar qiymətindən baha və çoxumuza uyğun olmayan ərazidədir.

Yalnız layihəsi hazır olan R.Behbudov küçəsində tikiləcək mənzili gözləməyə ömrümüz çatmaz. 12 ilin süründürməçiliyi, əsəbi gərginliyi ömrümüzü baltalayıb.

“Şərur”MTK-nın tikdiyi binaların keyfiyyəti bizi qorxudur. Binalar çox yaxın, təhlükəsizlik qaydalarına riayət edilmədən inşaa edilir. Müqavilələrdə qeyd edilən ölçülər real ölçülərdən fərqli olur, “Şərur” MTK-nın xeyrinə.

Dəhlizlər, liftlər, balkonlardakı qoltuqaltılar həmin binalarda komfortun olmadığından xəbər verir.

Binaların çoxu yalnız ümumi sayğacla təmin edilib. Təmirə başlanılmamış mənzillərin sakinlərinə komunal xərclər ödədilir.

Ən çox bir neçə adamın birləşdirilib bir mənzilə sahib edilmələri bizi qorxudur”,-aldadılmış payçı bildirib.

O deyib ki, zərərçəkənlər Biz Apellyasiya məhkəməsinin çıxardığı xüsusi qərarın icra edilməsini istəyirlər: “Bakı şəhərində zərərçəkmişlər üçün çoxmənzilli yaşayış binasının inşa edilməsi üçün torpaq sahəsinin ayrılması və bununla bağlı sənədləşmə işlərinin görülməsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ayrılmış torpaq sahəsində tikiləcək yaşayış binasının layihəsinin hazırlanması və inşa edilməsilə bağlı müvafiq sərəncamın verilməsi, 300 mənzilli yaşayış binası üçün qoşulacaq kommunikasiyalara (qaz, elektrik, su/kanalizasiya, rabitə/telekommunikasiya və sair) dair texniki şərtlərin verilməsi, tikinti işlərinin aparılması üçün müəyyən ediləcək podratçı/inşaat şirkətinə zərərçəkmişlər üçün yaşayış binasında kvadrat metrinin qiyməti 500 AZN nəzərdə tutması tapşırılsın, görüləcək bütün işlər sona yetənə qədər , sonuncu zərərçəkmişin də problemi öz həllini tapana qədər, dövlət tərəfindən görülən işlərə nəzarət edilməsini istəyirik”.

Ramid İbrahimov

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »