Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koçaryan ömürlük azadlıqdan məhrum edilə bilər

Ermənistanın sabiq prezidenti Robert Koçaryan ömürlük həbs cəzası ala bilər. Rrüşvət qalmaqalı ilə bağlı cinayət işinin növbəti məhkəmə prosesinin 6 ay sonra keçirilməsinə qərar verilib.

"Bizimyol.info" xəbər verir ki, erməni KİV-nin yaydığı məlumata görə, iş adamı Silva Ambarçumyanın Ermənistanın sabiq prezidenti Robert Koçaryana qarşı 2 milyon dollar rüşvətalma iddiası ilə bağlı məhkəmə prosesi başlayıb. Koçaryanın vəkili Artyom Orbelyan bildirib ki, S.Ambarçumyanın iddiaları şər-böhtan xarakterlidir. Vəkil, Koçaryanın bu adamla heç vaxt görüşmədiyini və ümumiyyətlə onlar arasında heç bir əlaqənin olmadığını deyib. Daha sonra Orbelyan: “Paşinyan keçmiş rəqiblərindən qisas alır. Amma nədənsə, o, ölkənin digər rəhbərini ittiham etmək həvəsində deyil", - deyib.

Silva Ambarçumyan keçən ilin noyabrında Ermənistana dəvət olunaraq istintaqa cəlb olunub. Ərəb ölkələrində biznes fəaliyyəti ilə məşğul olan iş adamının Robert Koçaryanla üzləşməsi prosesi keçirilib. S.Ambarçumyan bildirib ki, Koçaryana Vardan Oskanyının vasitəçiliyi ilə “1 mart” hadisələrindən əvvəl 2 milyon dollar verib. Sabiq prezidentin cinayət işinə bu maddə də əlavə olunarsa, onda Koçaryan ömürlük həbs cəzası ilə cəzalandırıla bilər.

Növbəti məhkəmə prosesi sentyabrın 16-na təyin edilib.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »