Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda baxımsız vəziyyətdə olan üç azyaşlı tapıldı

"Ötən gün qaynar xəttimizə 3 azyaşlı ilə bağlı məlumat daxil oldu. Bununla əlaqədar olaraq biz Nizami rayon İcra Hakimiyyətinin yetkin yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına məlumat verdik. Bizim rəsmi müraciətimiz əsasında Keşlə qəsəbəsində aparılan araşdırma zamanı 3 uşaq baxımsız vəziyyətdə aşkarlanıb".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

Onun sözlərinə görə, azyaşlılardan 2-si qız, 1-i oğlandır: "Uşaqlar 2, 3 və 10 yaşdadırlar. Hazırda həmin uşaqlar sığınacağımıza yerləşdirilib, vəziyyətləri qiymətləndiriib".

"Uşaqlar uzun müddət idi ki, evin qarşısında baxımsız vəziyyətdə qalırdılar. Ana səhər çıxıb axşam gəldiyi üçün onları qonşular yedizdirirdi" - deyə həmsöhbətimiz əlavə edib.

K.Ağazadə artıq ötən gecə ana ilə əlaqə saxladıqlarını deyir: "Artıq ana sığınacağa gəlib. O uşaqların sənədlərini təqdim edəcək. Bundan sonra isə hansı addımların atılması ilə bağlı işlər İcra Hakimiyyətində davam etdiriləcək. Onu da qeyd edim ki, ana övladlarından imtina etmək istəmir".

Uşaqlar baxımsız vəziyyətdə olduğunu söyləyən sədrin sözlərinə görə, hazırda həmin azyaşlıların xüsusi dövlət müəssisəsinə yerləşdirilməsi isitiqamətində işlər aparılır.

Qeyd edək ki, kimsəsiz küçədə qalan bu 3 azyaşlının ataları haqda hələ ki, heç bir məlumat yoxdur. "Bildiyimizə görə, bu uşaqlar qeyri-rəsmi nikahlardan dünyaya gəliblər", - deyə birliyin rəhbəri əlavə edib.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »