Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir planet kəşf edildi

Amerikalı alimlər Kepler-47 ulduzlar sistemində yeni planetin aşkar olunması haqda məlumat yayıblar. Kaliforniya ştatındakı San-Dieqo Universitetinin elm adamları Kepler-47d adlandırdıqları planetin Yer kürəsindən yeddi dəfə böyük olduğunu açıqlayıblar.

Bizimyol.info xəbər verir ki, yeni nəhəng ulduz bu sistemdə sayca üçüncüdür. İlk ikisi hələ 2012-ci ildə təsdiqini tapmışdı.

Yeni planet həcminə görə əvvəlkiləri də geridə qoyur. Kepler-47b və Kepler-47c belə böyük deyil. Maraqlıdır ki, Kepler-47d bu ikisinin arasında yerləşsə də, uzun müddət alimlərin diqqətindən qaçıb. 2012-ci ildəki tədqiqatın rəhbəri Cerom Oroz bu fikirlə razılaşmır. Astronom işçi qrupunun o vaxt, sadəcə, əmin olmadığını bildirir.

“Kepler” teleskopu NASA-ya Günəş sistemindən kənarda yeni planetlər aşkarlamağa az kömək etməyib. İndiyə qədər üzə çıxan 3800-ə qədər ulduzun 70 faizi bu teleskopun əməyidir. Daha 2900 planetin mövcudluğu haqda informasiya var.

Bizim Günəş sisteminin də yerləşdiyi Süd Yolu qalaktikasında təxminən 11 milyard ulduzun olması güman edilir.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »