Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko: "Türkiyə ilə yeni sazişlər imzalanıb"

Yaxın vaxtlarda Türkiyə və Belarus arasında əmtəə dövriyyəsinin həcmi 1,5 milyard dollara çatdırılacaq.

Axar.az xəbər verir ki, bu bəyanat Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ankaraya rəsmi səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında səslənib.

Mətbuat konfransında qeyd olunub ki, tərəflər hərbi, siyasi, ticarət və mədəniyyət sahələrində bir çox birgə layihələr həyata keçirəcəklər. R.T. Ərdoğan belaruslu turistlərin Türkiyəyə axın etməsini məmnunluqla vurğulayıb və diqqətə çatdırıb ki, 2018-ci ildə onların sayı 245 min nəfərə çatıb.

Hər iki prezident əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə ediblər. Belarus Prezidenti bildirib ki, Türkiyə ilə sərmayələr, kimya sənayesi, kənd təsərrüfatı və toxuculuq sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsinə dair yeni sazişlər imzalanıb.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »