Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir qab yemək üçün körpə qızını girov qoydu - Video

Çinin Foşan şəhərində restoranda maraqlı, bir o qədər də kədərli hadisə baş verib. Ata bir qab yemək üçün körpə qızını goriv qoymalı olub.

Bizimyol.info xəbər verir ki, restoranda nahar edən kişi əlini cibinə atanda yeməyin pulunu ödəyə bilməyəcəyini anlayıb. Təsəvvür edin, bir qab əriştə üçün cəmi 6 yuan (1 dollardan az) ödəmək lazım idi. Amma kişinin buna pulu çatmayıb. Onda müştəri 2 yaşlı qızını restoran sahibinin yanına aparıb və pulu sabah gətirəcəyini deyib. Ardınca oradan tez uzaqlaşıb.

Atası gedəndən sonra uşaq çox ağlayıb. Restoranda ona süd veriblər. Atanı, ümumiyyətlə, tapmaq mümkün olmayıb. Bundan sonra polisə məlumat verilib.

Ata geri qayıdanda isə qızını restoranda tapmayıb. Qalmaqal yaranıb. Polisə gələn müştəri heç də qızını atmadığını deyib.

Son xəbərlər
Bütün xəbərlər »