Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tikinti şirkətinin aldatdığı payçılar evlərini tələb edir – Video

“GEN” MMC tikinti şirkətinin aldatdığı vətəndaşların nə pulu qaytarılıb, nə də onlar mənzillə təmin olunub.

Bizimyol.info xəbər verir ki, aldadılmış vətəndaşlar onların evlə təmin olunması tələbilə bu gün Bakı şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçiriblər.

Aldadılmış vətəndaşlar müraciətlərində onlara güzəştli şərtlərlə evin tikilib verilməsini xahiş ediblər: “Müraciətdə Bakı şəhərində 300 mənzilli yaşayış binasının inşa edilməsi üçün torpaq sahəsinin ayrılması və bununla bağlı sənədləşmə işlərinin görülməsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ayrılmış torpaq sahəsində tikiləcək yaşayış binasının layihəsinin hazırlanması və inşa edilməsilə bağlı müvafiq sərəncamın verilməsi, 300 mənzilli yaşayış binası üçün qoşulacaq kommunikasiyalara (Qaz, Elektrik, Su/Kanalizasiya, Rabitə/Telekommunikasiya və sair) dair texniki şərtlərin verilməsi, tikinti işlərinin aparılması üçün müəyyən ediləcək Podratçı/İnşaat Şirkətinə zərərçəkmişlər üçün yaşayış binasında kvadrat metrinin qiyməti 500 manat nəzərdə tutulması təklif olunub”.

Xatırladaq ki, “GEN” MMC-nin rəhbəri Elbrus Əliyev ev almaq istəyən 350-dən artıq vətəndaşın külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirli bilinərək həbs olunub.

Aksiyadan hazırladığımız reportajı təqdim edirik:

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »