Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada “5G” şəbəkəsi istifadəyə verildi
İsveçin “Swisscom” mobil rabitə operatoru Avropada ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) kommersiya istifadəsinə verib.

Bizimyol.info “ICTnews”a istinadən xəbər verir ki, bu, “5G” şəbəkələrinə qoşulmaq üçün mobil qurğular təqdim edən “Oppo” və “LG”, infrastruktur quran “Askey” və “WNC”, eləcə də “5G” komponentlər hazırlayan "Qualcomm" kimi tərəfdaşların dəstəyi ilə mümkün olub.

“LG Electronics Mobile Communications” şirkətinin baş vitse-prezidenti və biznes bölməsinin rəhbəri Morris Li bildirib ki, Avropada “5G” texnologiyasının kommersiyalaşdırılmasının sürətləndirilməsi üçün sıx əməkdaşlıq tələb olunacaq.

Onun sözlərinə görə, “LG” “5G” texnologiyası sahəsində öz liderliyinin genişləndirilməsinə xüsusi əhəmiyyət verərək yeni qurğular tətbiq edir və “Swisscom” kimi tərəfdaşlarla müştəriyönümlü əməkdaşlıq qurur.

Öz növbəsində "Qualcomm" şirkətinin baş vitse-prezidenti Enriko Salvatori qeyd edib ki, “5G” şəbəkəsi Avropada planlaşdırıldığından bir il tez kommersiya istifadəsinə verilib.

“Ericsson” şirkətinin proqnozlarına görə, 2024-cü ilədək “5G” şəbəkələri dünya əhalisinin 40 faizinin məskunlaşdığı əraziləri əhatə edəcək, onlara qoşulmaların sayı isə 1,5 milyardı ötəcək.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »