Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Leonid İliç Brejnevin övladlarının acı taleyi

Leonid Brejnevin ölümü bütün ailənin taleyini dəyişdi. 1982-ci ildən sonra "əziz Leonid İliç"in uşaqları bu ailədə dögulduqlarına görə “cavab verməli” oldular.

Nikita Xruşşevdən fərqli olaraq onu partiya lideri postunda əvəz edən Leonid İliç Brejnev çoxuşaqlı ata deyildi. Leonid İliç iki vərəsənin qayısını çəkməklə kifayətləndi: bir oğlu və bir qızı vardı.

1928-ci ildə Kursk Torpaq idarəetmə və meliorasiya texnikumunun məzunu Leonid Brejnev Kursk tibb texnikumunun tələbəsi Viktoria Denisova ilə evlənib. 1929-cu ildə qızı Qalina, 1933-cü ildə isə Yuri adlı oğlu anadan olub.

Brejnev karyera mərhələlərini adlamaq üçün yaşadığı yeri tərk etmək məcburiyyətində qaldığı zaman, ailəsi onu tək qoymayıb, həmişə gənc mütəxəssisin yanında olmaqla ona irəlilədiyi yolda dəstək verib.

Qızı gənc Qalina Brejneva aktrisa olmağı arzulayırdı, ancaq atası qətiyyətlə qızının hobbilərinə qarşı çıxdı. Orta məktəbdən sonra Qalina Orexovo-Zuev pedaqoji institutunun ədəbiyyat şöbəsində oxudu və sonra Kişinyov Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olundu.

Qalina 1951-ci ildə Kişinyova qastrol səfərinə gəlmiş sirk artisti Yevgeni Milayevlə tanış oldu. Brejnevin qızı, xarakterinin əsas xüsusiyyətlərini göstərdi: vurğunluq və ehtiras. O vurulduğu Milayevlə yaxın olmaq üçün Universitetdən ayrılıb sirkdə kostyum dizayneri kimi çalışmağa başladı.

Yevgeni Milayev Qalinadan 19 yaş böyük , Leonid İliçdən isə dörd yaş kiçik idi. Siyasətçi qızının bu seçimindən məmnun deyildi, amma razılaşmağa məcbur idi. Digər tərəfdən də ərinin Qalinaya qarşı nəzakətli, kübar davranışı qaynata-kürəkən arasındakı buzların əriməsinə, münasibətlərin yaxşılaşmasına səbəb oldu. Yevgeni Qalinaya bahalı hədiyyələr verir və onun hər cür qayğısını çəkirdi. Qalina Brejneva isə Yevgeninin iş şəraitini və evdəki rahatlığını təmin etməyə çalışırdı.

Leonid İliçin qızı Qalina Brejnevanın birinci nigahı 1962-ci ildə, “ərim sirkdə gənc qızlarla əylənir”, deməsi ilə başa çatdı. Lakin Qalina da bu xəyanətin qarşısında “cavabsız” qalmadı: o da məşhur illüziyaçı Emil Kionun oğlu, 18 yaşlı İqor Kio ilə sevgi romanı yaşayırdı. Onlar evləndilər, amma nikah yalnız on gün davam etdi. Yakimiyyət zirvəsinə yaxınlaşdığını bilən Leonid Brejnev 32 yaşlı qızının gənc Kioya olan ehtirasını anlayandan sonra onları ayırmağa qərar verdi.

Brejnev dövlət başçısı oldu və qızının statusu da dəyişdi. Bir vaxtlar aktrisa olmağı arzulayan Qalina, indi sovet incəsənətinin himayədarına çevrilmişdi. İndi rəssamlar, yazıçılar, artistlər onun təşkil etdiyi tədbirlərdə iştirak edərək Qalinaya yaxın olmağa çalışırdılar. Çünki bağlı qapıları açacaq “sehirli kəlmə”nin Brezhnevin qızının dilini altında olduğunu bilirdilər.

Baş katibə "Kremlin Princess"inin bütün macəraları haqqında məlumat verilirdi. Leonid İliç qızının yeni macərası barədə eşitdikdə dərindən nəfəs aldı. 1971-ci ildə Qalina daxili xidmətin baş leytenantı Yuri Çurbanovu nişanlısı kimi atasına təqdim edəndə, Brejnev sevincindən uşaq kimi atılıb-düşmək istəyirdi. Yuri Qalinadan yeddi yaş kiçik idi, amma "nəhayət, ciddi bir adamdır, sirk artisti deyil".

Qalina Brejnev və Yuri Çurbanovun toyu baş katibin Zaryadakı bağ evində, yalnız qohumlar və yaxın dostlarının iştirakı ilə qeyd olundu. Yeni evlənənlərə hədiyyə olaraq Bolşaya Bronnaya küçəsində bir ev hədiyyə edildi.

Qayınata Brejnev yeni kürəkənini köhnə dostu, SSRİ daxili işlər naziri Nikolay Şelokova tapşırdı. Çurbanov 1974-cü ildə - evliliyindən üç il sonra general-leytenant, 1981-ci ildə isə general-polkovnik oldu. 1980-ci ildə SSRİ daxili işlər nazirinin birinci müavini, yəni Şelokovdan sonra ikinci şəxs təyin edildi. Partiya xətti ilə KPSS Mərkəzi Komitəsinin üzvlüyünə namizəd seçildi.

Amma Qalinanın "boqem həyatı" sona çatmaqda idi; ərinin günün 11 saata qədər zamanını işdə keçirməsi baş katibin qızını yenidən sənət dünyasından olan dostlarına doğru yönəltdi. Spirtli içkilərə olan asılılığı artıq xəstəlik səviyyəsinə çatmışdı. 1982-ci ilin noyabrında Leonid Brejnevin ölümü qızının həyatını tamamilə alt-üst etdi. Dostlarının əksəriyyəti həmin andan Qalinaya arxa çevirdilər. Korrupsiyaya qarşı mübarizə elan edən yeni səlahiyyətlilər, Brejnev ailəsinin əmlakını “ədalətlə qazanılmadığı” bəhanəsi ilə müsadirə etdilər.

1987-ci ildə Yuri Çurbanovun əvvəl vəzifə səlahiyyətlərini azaltdılar, daha sonra xidmətdən tamamilə azad etdilər və nəhayət, o həbs edildi. 1988-ci ildə isə 12 il müddətində həbs cəzasına məhkum edildi.

Qalina ərindən boşandı. Həyatı kabusa döndü: daha çox spirtli içki içməyə başladı. Ətrafında şübhəli şəxslər toplanır və bu müəmmalı adamlar tezliklə onun “içki yoldaşıları”na çevrilirdilər.

Hətta xarici jurnalistlər, bir vaxtlar gözəlliyi ilə ölkənin ən böyük sənətkarlarının belə əlçatmaz saydıqları, içki düşkünü, tüfeyli həyat sürən keçmiş baş katibin qızı barədə sujet çəkmişdilər.

Sonda Qalinanın qızı Viktoriya anasını psixi xəstəliklər klinikasında olduğunu müəyyən edir. Qalina Leonidovna Brejnev 29 iyun 1998-ci ildə 69 yaşınada Kerbikov adına 2 saylı ruhi xəstəliklər xəstəxanasında öldü.

Qalina Brejnevin kiçik qardaşı Yuri nəzərə çarpmayan, daim kölgədə gizlədilən zəif füqur idi. Baş katib oğlunun varlığı cəmiyyətdə hiss ediməzdi. Yuri Brejnev Dneprodzerjinskdə anadan olub. Müharibə illərində Alma-Ataaya köçürülüb, orada məktəbi uğurla başa çatdırıb və Dneprodzerjinsk Metallurgiya İnstitutunu bitirib. Brejnev kriminalist vəzifəsində çalışıb, sonra Dnepropetrovskdakı Liebkneçt zavodunun meneceri olub.

Yuri Leonidoviç atası kimi idi və qadınlar vasitəsi ilə uğur qazanmağı bacarırdı. Lakin əgər ata-Brejnev lazım olanda sərt xarakter nümaiş etdirə bilirdisə, Yuri bunu bacarmırdı, o, sakit təbiyətli insan idi. Buna baxmayaraq o, nisbətən erkən yaşlarında içkiyə meyl etməyə başladı. Atası Yurinin taleyinə müdaxilə etmək məcburiyyətində qaldı. Oğul Brejnev valideynin təkidi ilə Xarici Ticarət Akademiyasına daxil oldu.

Leonid Brejnev dövlət başçısı olduqdan sonra, oğlu İsveç SSRİ Ticarət Missiyasına şöbənin rəhbərliyinə gətirildi. Tezliklə İsveçdə Sovet İttifaqının ticarət nümayəndəsi oldu. 1970-ci ildə Brejnevin oğlu SSRİ Xarici Ticarət Nazirliyinin "Yüngülsəneyeixracı" Ümumittifaq Birliyinin sədri təyin olundu. 1979-cu ildə Yuri Leonidoviç SSRİ Xarici Ticarət nazirinin birinci müavini oldu və bununla o, karyerasının “pik” nöqtəsinə çatdı.

Yuri Brejnev haqqında hələ də çox ziddiyyətli rəylər eşidilməkdədir. Bəziləri Baş katibin oğlu "toy generalı" olduğunu və məşğul olduğu sənaye haqqında onun heç bir fikri olmadığını iddia edirlər. Digərləri deyirlər ki, Yuri Leonidoviç öz işini bilirdi, təşkilati işlərdə də daim uğur qazanırdı, amma onun xarakterinin yumşaqlığı həqiqətən “Axilles dabanı” idi. Qohumları ondan tez-tez faydalanmağa çalışılmışdılar və Brejnev onlara “yox” edə bilmirdi.

Bacısından fərqli olaraq Yuri yalnız bir nikahla kifayətlənməli olmuşdu. Ad günündə tanış olduğu Pedaqoji Universitetin tələbəsi olan Lyudmila ilə ailə quraraq ömrünün sonuna qədər birgə yaşadılar. Onların Leonid və Andrey adlarında iki oğulları oldu.

Leonid Brejnevin ölümü bütün ailəni çökdürdü . 1986-cı ildə 53 yaşındakı Yuri Leonidoviç işdən çıxarılaraq təqaüdə göndərildi. Yuri Brejnev cəmiyyətin kütləvi tədbirlərindən uzaqlaşaraq kölgədə qalmağı üstün tutdu. Ömrünün sonuna qədər kolleksiya toplamaqla məşğul oldu.

2000-ci illərin əvvəlində oğul Brejnevin sağlamlığında ciddi problem yarandı. Həyat yoldaşının ölümü ona çox ağır zərbə vurdu: Lyudmila infarktdan öldü. Yuri Leonidoviç ondan sonra bir il yaşaya bildi. Baş katibin oğlu 3 avqust 2013-ci ildə 80 yaşında öldü.

Bizimyol.info

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »