Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paxıllıq hissimiz yaş artdıqca azalır - ARAŞDIRMA
Paxıllıq hissi həm kişilərə, həm də qadınlara xas bir xüsusiyyətdir. Bununla belə, bu hiss 30 yaşına qədər olan insanları daha çox özünə tabe edir – bu iddianı San Diego’da Kaliforniya universitetinin alimləri ediblər.

San Diego Psixologiya Professoru Christine Harris və onun tələbəsi Nicole Henniger tədqiqat çərçivəsində iki müstəqil təcrübə həyata keçiriblər. Birinci təcrübə 18 yaşdan 80 yaşa kimi olan 987 insan arasında keçirilib. İnsanlardan bu hissi keçirib-keçirmədiklərini soruşublar. İkinci sorğuda isə 843 nəfərdən paxıllıq obyekti olub-olmadıqlarını soruşublar.

Təhlilin nəticələrinə görə, təcrübədə iştirak edənlərin çoxu son il ərzində bu hissi keçirdiklərini etiraf ediblər. Onlardan 79,4 faizi qadın, 74,1 faizi isə kişi olub. Bununla belə, 80 faiz otuz yaşdan aşağı insanlar ətrafındakı insanların uğurlarına paxıllıqla yanaşdıqlarını boyunlarına alıblar. Bununla da tədqiqatçılar belə qərara gəlib ki, yaş artdıqca insanların paxıllıq hissi də azalmağa başlayır.

İnsanlar daha çox 5 yaş fərqi olduqları həmcinslərinə qarşı paxıllığı hiss etməyə meyllidirlər. Gənc insanlar bu xoşagəlməz duyğunu hiss etmək üçün daha çox səbəb tapa bilirlər. Bu səbəblərə digərlərinin romantik münasibətləri, təhsildə qazandıqları uğurlar və ya sosial uğurlar daxil ola bilər. 30 yaşdan aşağı 40% iştirakçı etiraf edib ki, onlar digərlərinin seksual uğurlarına da paxıllıq edirlər. 50 yaşlarında olanlarda isə seksual paxıllıq cəmi 15% təşkil edir. Lakin maliyyə uğurlarına olan paxıllıqda vəziyyət tamamilə dəyişir. Demək olar ki, bütün yaş qruplarındakı insanlar digərlərinin maddi varlıqlarına paxıllıq hiss edir və hətta bu yaşlı insanlar arasında daha çox yayılmış hissdir.

Qeyd edək ki, başqalarının rəngarəng və hərəkətli həyatı tez-tez insanlarda naxoş hisslər yaradır. Lakin, sosial şəbəkələrdəki şəkillərlə heç vaxt başqasının həyatı haqqında mühakimə çıxarmaq olmaz.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »