Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı mühacirlərin daha çox üz tutduğu ölkə qaydaları sərtləşdirir
Bundan sonra şəxsiyyəti müəyyən edilməyən qaçqınlar Almaniyada hər hansı formada hüquqi status əldə edə bilməyəcəklər

Almaniyada hökumət tərəfindən deportasiyanın sərtləşdirilməsi cəhdləri ilə bağlı aparılan tədbirlər nəticə verməkdədir. Bizimyol.info Almaniyada fəaliyyət göstərən “Azlegat.com saytına istinadən xəbər verir ki, qaçqın statusu haqqında müraciəti rədd edilmiş sığınacaq axtaranların Almaniyadan çıxarılmasını asanlaşdırmaq üçün nəzərdə tutulmuş bəzi qanunlar artıq qəbul edildi.

Eyni zamanda bundan sonra şəxsiyyəti müəyyən edilməyən qaçqınlar Almaniyada hər hansı formada hüquqi status əldə edə bilməyəcəklər.

Alman hökuməti aprelin 17-də deportasiya edilməli olan əcnəbilərin ölkədən çıxarılmasını asanlaşdırmaq üçün nəzərdə tutulan qanunlar paketini qəbul edib. Daxili İşlər naziri Horst Seehoferin rəhbərliyi altında hazırlanan (Horst Seehofer), olduqca qarışıq və fərqli reaksiyalara səbəb olan “Deportasiya haqqında qanun“ (Geordnete-Rückkehr-Gesetz) deportasiyanın həyata keçirilməsi zamanı yaranması mümkün olan bir sıra maneələrin ləğv olunması və ölkədən çıxarılması haqqında qərar verilmiş şəxslərin müvəqqəti saxlanmasına imkan verəcək.

Qanun ölkədən çıxarılması nəzərdə tutulan şəxslərin müvəqqəti saxlanma mərkəzlərində yer olmadığı halda adi həbsxanalarında yerləşdirməsi imkanını verir. Bu vəziyyət müxalifətdə olan siyasətçilər və qaçqınlara kömək edən təşkilatlar arasında xüsusilə güclü narazılığa səbəb olub.

Özü haqqında həqiqi məlumatları gizlədən qaçqınlar üçün Almaniyada daimi yaşamaq hüququ almaq imkanı da bundan sonra olmayacaq. Bu vaxta kimi şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxslərə də Almaniyada 8 il yaşadıqdan sonra bəzi hallarda şərait yaradılırdı.

Hazırda Almaniyada təxminən 240 min əcnəbinin ölkəni tərk etməsi haqqında qərar qəbul edilib. Onlardan 184 minə qədərinin müxtəlif səbəblərdən, o cümlədən, tibbi və humanitar olanlardan deportasiya müddəti uzadılıb.

Bununla belə bu cür əcnəbilərin əksəriyyəti zəruri sənədlərin olmaması səbəbindən deportasiya edilə bilmir.

“LEGAT” təşkilatının sədri, Almaniyada yaşayan Əlovsət Əliyev bildirir ki, rəsmi məlumata əsasən 2018-ci ildə Almaniyada 10,9 milyon əcnəbi yaşayıb.

“Bu rəqəm son bir il ərzində 2,7 faiz artıb. Azlegat.com yerli mətbuata istinadən bildirir ki, Almaniyanın hər səkkizinci sakini bu ölkənin vətəndaşı deyil.

2018-ci ildə ölkədə Alman vətəndaşlığı olmayan - xarici pasportla 10,9 milyon şəxs yaşayırdı. Bu barədə Wiesbaden Federal Statistika İdarəsi məlumat verib. Məlumatda qeyd olunur ki, il ərzində əcnəbilərin ümumi sayı 2,7 faiz (292 min nəfər) artıb.

Almaniyada yaşayan 11 milyona yaxın əcnəbinin 254.000 nəfərinin Rusiya, 141.000 nəfərinin Belarus vətəndaşlığı var.

2017-ci ildə Almaniyada yaşayan əcnəbilərin sayı 5,7 faiz artmışdır. Eyni zamanda, statistika xəbərdarlıq edir ki, bu rəqəmlər illəri real əks etdirməyə bilər. Çünki, 2015-2016-cı illərdə ölkəyə gələn qaçqınların əksəriyyəti yalnız 2017-ci ildə yeni gələn əcnəbilər kimi qeydə alınmışdır.

Staristika İdarəsinin məlumatına görə, 2018-ci ildə 1,3 milyon nəfər Almaniyaya, 1,0 milyon nəfər isə Almaniyadan köç edib. Statistika İdarəsinin məlumatında ölkədə yaşayan əcnəbilərin neçə faizini qaçqınlar təşkil etməsi haqqında məlumat yoxdur.

2018-ci ildə Avropa İttifaqına aid olmayan ölkələrdən gələn və Almaniyada iş icazəsi alan immiqrantların sayı yenə də artmaqda davam etmişdir. Bu rəqəm 2018 –ci ildə 266 min nəfər olmuşdur ki , bu da qaçqın kimi müraciət edənlərin sayından çoxdur. Bir il əvvəl - 217 min nəfər əcnəbi əməkçi miqrant kimi Almaniyaya gəlmişdi.

Almaniyaya gələn əməkçi miqrantların 12 faizi Hindistandan, 9 faizi Çindən, 8 faizi Bosniya və Herseqovina, 7 faizi Birləşmiş Ştatlardan olub. Onların orta yaş həddi 35-dir. Əməkçi miqrantların 68 faizini kişilər təşkil edir.

Almaniyaya Balkan ölkələrindən gələn əmək miqrantlarının sayı sürətlə artmaqda davam edir. Həmin ölkələrin əksəriyyətində Almaniyaya immiqrasiya etmək istəyənlər üçün müxtəlif layihələr çərçivəsində dövlət dəstəyi mövcuddur.

Göründüyü kimi, Almaniya əmək miqrasiyasına üstünlük verməkdə davam edir.

30 sentyabr 2018-ci il tarixinə olan məlumata əsasən Almaniya əhalisinin ümumi sayı 82.979 milyon təşkil etmişdir.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »